Sürücülərə bəd xəbər: Bakıda bu küçə avtomobillər üçün tam bağlanacaq - VİDEO

Paytaxtın mərkəzi ərazilərindən biri, Fəvvarələr meydanı ilə Qış Parkını əlaqələndirən İslam Səfərli küçəsinə avtomobillərin girişinin qadağan olunması nəzərdə tutulub.
Sözügedən yolun bağlanması həmin ərazi ilə əlaqəli olan Lev Tolstoy, Həzi Aslanov, Əlövsət Quliyev, Bəşir Səfəroğlu kimi hərəkətin intensiv olduğu küçələrdə xaos yarada bilər.
Bakı Nəqliyyat Agentliyi qeyd edilən əraziyə bitişik bəzi küçələrin də avtomobilsizləşdirilməsini nəzərdə tutub. Təəssüf ki, bunun nə qədər ərazini əhatə edəcəyi barədə dolğun informasiya verilməyib.
İslam Səfərli küçəsinin bağlanması isə ən çox sahibkarların ürəyincədir. Çünki küçələrin avtomobilsizləşdirilməsi icarə haqlarının yüksəlməsinə, xidmət sektorunda qiymətlərin artmasına səbəb olacaq.
Artıq həmin ərazidə yerləşən obyekt və mənzillərin qiymətində artım müşahidə olunur. Hələ bu layihənin reallaşmadığını nəzərə alsaq, sonrakı müddətdə qiymətlərin kəllə-çarxa çatacağını ehtimal etmək heç də çətin deyil.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi










