"Prius"lar nə üçün tez-tez qəza törədir? - "Tək problem əyləc deyil"

"Toyota"nın ən çox tənqid olunan modeli "Prius" hər zaman qəzalarla gündəmə gəlir. Avtosfer.az bildirir ki, artıq sözügedən modelin bütün qəzalarda baş rolda olması adiləşib.
Bəs "Prius"ların bu qədər çox qəza törətməsinə səbəb nədir?
Əlbəttə ki, ağla gələn ilk səbəb bu modelin əyləc sisteminin çox zəif olmasıdır. Amma yeganə səbəbin bu olmadığı üzə çıxıb. Belə ki, "Prius" qəzaları ilə bağlı bir neçə avtomobil ustası ilə söhbətləşdik.
Onlar sözügedən modellə bağlı şok faktları açdılar. Ustaların sözlərinə görə, qəzaya uğrayan "Prius"lar təmir olunaraq yenidən satışa çıxarılır. Üstəlik, bu təmirin keyfiyyətli olmadığını və yola çıxmaq üçün riskli olduğunu da deyirlər. Hətta bəziləri avtomobilin orginal hissələrinin yerinə köhnə hissələrin qoyulmasının da riskləri artırdığını bildirirlər.
Düzdür, bütün ustalar belə işləməsə də, keyfiyyətsiz təmirlə satışa çıxarılan "Prius"lardan yüksək qazanc əldə edənlərin olduğunu qeyd etmək lazımdır. Ustalar onu da əlavə etdi ki, satışda olan "Prius"ların çox böyük əksəriyyəti zamanında taksi kimi fəaliyyət göstərdiyi üçün yaxşı vəziyyətdə deyillər. Onlar, taksi sürücülərinin əksəriyyətinin avtomobilə yaxşı qulluq etmədiklərini söyləyiblər.
Ustalar "Prius" almaq istəyənlərə məsləhət də veriblər. Onlar, alıcıları ilk növbədə bu modeldən uzaq durmağa çağırıblar. Amma almaq istəyənləri isə ölkəmizdəki "Prius"ları almamağı tövsiyə ediblər. Ölkəmizdə satışda olan "Prius"ların ikinci, üçüncü əl olduğu üçün riskli seçim olacağını, sözügedən modelin yenisini xaricdən gətirməyin ən yaxşı variant hesab ediləcəyini söyləyiblər.
(hit.az)
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır










