Qarabağ qazisi Göyçayda coşqu ilə qarşılanıb - VİDEO

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsinin iştirakçılarından biri də Elməddin Tahir oğlu Məmmədovdur. Qarabağ qazisi doğulduğu Göyçay rayonunun Çərəkə kəndində böyük coşqu ilə qarşılanıb.
“Report” xəbər verir ki, E.Məmmədov orta məktəbi bitirdikdən sonra 2013-cü ildə hərbi xidmətə yollanıb. Uşaq vaxtından silaha, orduya maraq göstərən Elməddinin snayper olmaq böyük arzularından biri olub. Elə bu arzusu onu snayper kimi xidmət etməsinə gətirib çıxarıb. 2014-cü ildə hərbi xidmətini başa vuraraq doğulduğu kəndə qayıdıb.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində könüllü olaraq qeydiyyatdan keçib. Elməddin bir müddət sonra ordu sıralarına çağırılır, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir. Düşmənin atdığı minaatan mərmisi yanına düşdüyündən başından qəlpə yaraları alır. Döyüş yoldaşlarının köməyilə ərazidən çıxarılaraq xəstəxanaya çatdırılır. Qazimiz müalicə aldıqdan sonra yenidən cəbhəyə dönmək istəsə də, səhhəti buna imkan vermir və kəndə ailəsinin yanına göndərilir.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












