Qəza zamanı avtomobildə ən təhlükəsiz yer hansıdır? - ARAŞDIRMA

Avtoqəza zamanı avtomobildə hansı yerin daha təhlükəsiz olduğu məlum olub.
Avtosfer.az xəbərinə görə, araşdırma zamanı ortaya çıxıb ki, toqquşma zamanı instiktiv olaraq sürücü özünü qorumaq üçün mütləq manevr edir. Buna görə də avtomobildə ən təhlükəli yer ön sərnişin oturacağı, ən təhlükəsiz yer isə sürücünün arxasındakı oturacaq hesab olunur.
Ümumiyyətlə, arxa cərgə ön oturacaqlardan daha təhlükəsiz yer sayılır.
Çünki, toqquşma anında qabaqda oturanlarla müqayisədə, arxada oturanların sağ qalmaq şanslarını artıran əlavə yer (sürücü oturacağı ilə arxa oturacağın arasındakı məsafə nəzərdə tutulur) olur. Toqquşma avtomobilin arxa hissəsindən olduqda onları yük yeri qoruyur.
Məlumdur ki, toqquşma yan hissələrdən də baş verir və bu zaman arxa hissə də ön hissə qədər təhlükəli olur.
Buna görə də, əgər başaltı varsa, maşında ən təhlükəsiz yer arxa orta oturacaq hesab olunur.

Avstraliyada müasir avtomobillərdə aparılan araşdırmanın nəticəsi isə ortaya fərqli baxış qoyub. Bu araşdırmaya görə, qəza zamanı ən təhlükəsiz yer ön sərnişin oturacağıdır: təhlükəsizlik yastığı və kəmər sayəsində sərnişin ciddi xəsarət almaqdan qorunur.
Lakin, bu araşdırmanın nəticəsini ötən əsrin 90-cı illərində və ondan əvvəl istehsal olunmuş köhnəlmiş avtomobillərə şamil etmək olmaz.
Namiq Musayev
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










