Rayonlara sərnişin daşıyan taksilər bir mərkəzə toplanacaq - VİDEO

Paytaxtın ayrı-ayrı yerlərindən pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik avtomobilləri bir mərkəzə toplanacaq. Dayanacaq üçün Bakı Beynəxalq Avtovağzal Kompleksində yer seçilib.
Avtosfer.az-ın məlumatına görə, Bakı Beynəxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov bildirib ki, 20 Yanvar dairəsi, "Şamaxinka" adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən taksi minik avtomobillərinin vahid mərkəzə cəlb edilməsi nəzərdə tutulub.
Dayanacaq istifadəyə verildikdən sonra avtomobillərin sazlığının yoxlanılması və sürücülərin tibbi müayinədən keçməsi də planlaşdırılır.
Sürücülər isə iddia edirlər ki, hazırda avtovağzal ərazisində dayanacaq sahəsi az olduğuna görə onlar avtomobillərini saxlamaqda çətinlik çəkirlər.
Qeyd edək ki, dayanacağın gələn ayın əvvəlində sürücülərin ixtiyarına verilməsi nəzərdə tutulur.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












