"Renault" Cənubi Koreyadakı biznesinin üçdə birini Geely konserninə satacaq

Renault Group və Geely Auto konsernləri fransız tərəfinin kapitalın artırılması mexanizmi vasitəsilə Renault Korea Motors bölməsindəki 34,02 faizlik payının Çin tərəfinə ötürülməsi barədə razılığa gəliblər. Geely, müqavilə müvafiq orqanlar tərəfindən təsdiqləndikdən sonra, törəmə şirkəti olan Centurion Industries Limited vasitəsilə bu paya sahib olacaqdır. Eyni zamanda, Renault qrupu RKM bölməsinin əsas səhmdarı olaraq qalacaqdır.
Xatırladaq ki, bu ilin yanvarında iki şirkət Cənubi Koreyada tamamilə yeni xəttdən olan avtomobillərin birgə istehsalına başlayacaqlarını bəyan etmişdilər. Yeni xəttdən olan modellər yalnız daxili yanma mühərrikləri və hibrid güc qurğuları ilə təchiz ediləcəklər. Onlar Volvo mütəxəssislərinin iştirakı ilə hazırlanmış Compact Modular Architecture (CMA) platformasına əsaslanacaqlar.
Avtomobillərin istehsalına 2024-cü ildə, RKM bölməsinin Busandakı zavodunda başlanacaqdır. İstehsal meydançasından əlavə, Renault layihədə dizayn, bəzi qabaqcıl texnologiyalar və müştəri xidmətləri ilə iştirak edəcəkdir. Bundan başqa, avtomobillərin satışı və onlara texniki xidmət Renault markasının mövcud olan diler şəbəkəsinə tapşırılacaqdır.
Tərəfdaşlar yerli bazarda mövqelərini gücləndirməklə yanaşı, ixrac imkanlarını da nəzərdən keçirmək niyyətindədirlər. Əvvəllər, Geely konserninin bu sövdələşmə vasitəsilə özünün Lynk Co brendini (bütün modelləri CMA platformasına əsaslanır) Cənubi Koreya ilə azad ticarət müqaviləsi olan ABŞ bazarına çıxarmaq istədiyi barədə şayiələr dolaşırdı.
Öz növbəsində, Renault Çindəki mövcudluğunu yenidən artıra bilər: keçən il fransızlar Səma İmperiyasındakı bizneslərini əhəmiyyətli dərəcədə ixtisara salmışdılar. Fransız markası daxili yanma mühərrikləri olan minik avtomobillərinin istehsalını və satışını tamamilə dayandırmış, yalnız elektromobilləri və kommersiya avtomobillərini saxlamışdı.
© autograph.az
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










