Retro avtomobildən 106 milyon dollarlıq kokain tapıldı - FOTO

Ötən həftə Avstraliyanın Yeni Cənubi Uels polisi sərhəddə kokain, metilamfetamin və fentanil qaçaqmalçılığı üçün istifadə edilən 1960-cı ilə aid “Bentley S2” avtomobilini saxlayıb.
Məlumata görə, Sidney limanında aşkar edilən avtomobil Avstraliya Sərhəd Qoşunlarının məsləhəti ilə rentgen şüası vasitəsilə yoxlanılıb. Bəzi detaları söküldükdən sonra köhnə avtomobilin faralarının arxasında gizlədilmiş 161 kq metamfetamin və təxminən 106 milyon dollar dəyərində 30 kq kokain tapılıb.
Yerli polis əməliyyatı kanadalı həmkarları ilə birlikdə həyata keçirib. Belə ki, avtomobil məhz bu ölkənin Vankuver şəhərindən Avstraliyaya göndərilib.
Əməliyyat çərçivəsində “Bentley” ilə yanaşı “Ford Focus” avtomobili, mobil telefonlar və kompüterlər müsadirə edilib, 22 və 23 yaşlarında iki kişi isə həbs olunub.
Daha iki şübhəli (hər ikisi 25 yaşında) “Toyota Prado” avtomobilində Brisben yaxınlığında həbs edilib. Polis avtomobilə baxış keçirən zaman oturacağın altında gizlədilmiş 2,2 kq metamfetamin və 1,1 milyon Avstraliya dollarından çox pul aşkar ediblər.
Qeyd edək ki, Kanada, qiymətlərin daha yüksək olduğu Avstraliyaya qeyri-qanuni narkotiklərin tədarükçüsünə çevrilib. Son illərdə Avstraliyaya narkotik keçirməyə çalışan kanadalıların həbsi artıq adi hal almağa başlayıb.(Oxu.az)


Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR










