Rusiyada çağırışdan qaçanların maşınları müsadirə ediləcək - FOTO

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qismən səfərbərliyə görə ölkədən qaçan rusiyalıların sərhəddə tərk etdikləri avtomobillərin Ukraynada döyüşməyə yollananların ailələrinə təhvil verilməsini təklif edib.
Bu barədə o, palatanın plenar iclasında danışıb.
“Artıq maşınlarını da atırlar. Yeri gəlmişkən, bu maşınların kimlərə verilməsini də düşünmək lazımdır. Bəlkə, döyüşə gedənlərin ailələrinə verilsin?” – deyən Volodin belə bir qərarın düzgün addım ola biləcəyini vurğulayıb.
Spiker həmçinin sentyabrın 21-dən ölkəni tərk edənlərin siyahısının tərtib edildiyini vurğulayıb.
Xatırladaq ki, Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan edilib. O vaxtdan bəri yüz minlərlə insan ölkəni tərk edib. Qonşu Gürcüstanla sərhəddə isə kilometrlərlə tıxac yaranıb. Günlərlə yolda qalan rusiyalılardan bəziləri çarəni burada bazar açaraq maşınlarını dəyər-dəyməzinə satmaqda, digərləri isə avtomobillərini sahibsiz qoyaraq nəzarət-buraxılış məntəqəsinə piyada getməkdə görüblər
.
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb












