“Rusiyanın verdiyi 6 “Tor” kompleksinin 4-ü ilk 10 gündə məhv edilib”- General Samvel Babayan

Müharibənin ilk 2 həftəsində Qarabağdakı erməni silahlı birləşmələri Moskvanın Yerevana verdiyi 6 “Tor-M2KM” zenit-raket komplekslərinin 4-nü itirdi. Ümumiyyətlə, Qarabağdakı bütün hava hücumundan müdafiə sisteminin yarısından çoxu sentyabrın 27-də, müharibənin ilk 4 saatı ərzində məhv edilmişdi.
Bunu qondarma “dqr”in “təhlükəsizlik şurası”nın keçmiş katibi (müharibənin kapitulasiya ilə başa çatmasından sonra istefa verib) general Samvel Babayan deyib.
O bildirib ki, 6 “Buk” zenit-raket kompleksindən cəmi 1-i döyüş qabiliyyətində idi. Bundan əlavə, hərbi əməliyyatların lap əvvəlində Azərbaycan qüvvələri 10 “Osa” zenit-raket kompleksini və bir S-300 zenit-raket kompleksini məhv etdi. Babayan onu da etiraf edib ki, müharibə başlayanda erməni ordusunda tam acınacaqlı vəziyyət hökm sürürdü, elə müharibənin ilk günlərindəcə əsgər və zabitlər arasında fərarilik başlamışdı. “Ona görə də son 10 il ərzində işləmiş qərargah rəislərinin, nazirlərin, ali baş komandanların hamısı günahkardır”,-o bildirir.
Babayan onu da deyib ki, müharibə təzə başlayanda Qarabağda 20 minə yaxın canlı qüvvə döyüşə qatılmışdı, səfərbərliklə əlavə 8 minlik canlı qüvvə də formalaşdırılıb. Amma onlardan 3 mini Ermənistanda “oturub” və döyüşlərə qatılmaqdan yayınıb.
Samvel Babayanın bildirdiyinə görə, onların işlək vəziyyətdə olmayan “Buk” zenit-raket komplekslərini təmir etmək üçün Moskvadan göndəriləcək təmir briqadasını gözləyirdilər. (Virtualaz.org)
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












