Salyan küçələrini bəzəyən 66 yaşlı “ZiM” - VİDEO

“Maybax”, “Buqatti”, “Rolls Royce”, “Ferrari”li dünyamızın ötən əsrində Bakı küçələrini "ZiM"lər bəzəyirdi.
Dövrünün ən prestijli avtomobili oaln “ZiM”ə sahib olmaq hər adama qismət olmayıb. Hazırda salyanlı mərhum ustad Aşıq Pənahdan yadigar qalan “ZiM” avtomobilini şəhərin küçələrində görəndə çoxları ayaq saxlayaraq məhz o illərin nostalgiyasına qapılırlar.
İndiyədək saz vəziyyətdə saxlanılan retro avtomobil alman texnologiyasıdır və bütün hissələri Almaniyanındır. Sadəcə olaraq Rusiyada yığılıb.
El arasında “zimbala" da adlandırılan avtomobilin texnoloji imkanları da maraqlıdır. Uzunluğu 5 metr yarım, eni 2 metrə qədərdir. Çəkisi isə 2 tona çatır. Salonun genişliyi xüsusi komfort yaradır. Sürəti saatda 140 km-ə qədər yüksələ bilir.
Hər kəsin maşın almaq icazəsinin olmadığı bir vaxtda Aşıq Pənahın “ZiM”i xüsusi orqanların onunla maraqlanmasına da gətirib çıxarıb. Bu antikvar avtomobil bu gün milli nömrə ilə qeydiyyatdadır. Aşığın nəsil davamçıları heç vaxt maşını ən yüksək qiymətə belə satmağı qəbul etməyiblər. Çünki Salyanın küçələrində hər kəs bu “ZiM”i görən kimi ustad Aşıq Pənah yada düşür, onun sənəti də, ona bağlı xatirələr də yada salınır.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı











