Şəbnəm Tovuzlu qayda pozmağıyla fəxr etdi: “Bütün kameralara şəkillərim düşüb” - VİDEO

“Toya gecikdiyim zaman yollarda çox pis tıxac olub. Məcbur qalıb, qarşı yola keçmişəm, amma qoşa xətti tapdalamamışam. Amma boş yolda qoşa xətti həyatı boyu keçmərəm. Çünki qanun qanundur”. Avtosfer.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Sənətçi bildirib ki, çox zaman məclislərə gecikdiyi səbəbilə avtomobili yüksək sürətlə idarə etdiyi üçün bir çox videomüşahidə kameralarında görüntüləri var. “Olub ki, tələsmişəm, avtomobili sürətlə idarə etmişəm. Kameralara əl edərək, şəkil çəkdirərək düşmüşəm. Bütün kameralarda şəkillərim var”, - deyə Şəbnəm vurğulayıb.
Qeyd edək ki, zaman-zaman Ş.Tovuzlu idarə etdiyi avtomobillə qayda pozuntusuna yol verib. Belə ki, bir müddət əvvəl müğənni sükan arxasında mobil telefondan istifadə edərək fikri yayındıracaq hərəkətlər edib.
Bundan əlavə, müğənni təhlükəsizlik kəmərindən də istifadə etməyib. Müasir avtomobillərdə təhlükəsizlik kəməri taxılmadıqda xəbərdaredici siqnal çalındığı üçün müğənni təhlükəsizlik kəmərini oturacağın arxasından keçirərək taxıb.
Bizim.media
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











