Şəhərlərarası sərnişindaşımada köhnə avtobuslardan istifadə edilir - VİDEO - FOTO

Şəhərlərarası işləyən bəzi avtobus və mikroavtobusların ümumiyyətlə kondisioner sistemi olmur, bəzilərinin isə istehsal tarixi 1990-2000-ci illərə aid olur.
Bunu ''Xəzər Xəbər''ə müsahibəsində nəqliyyat eksperti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yaradılan müsabiqə komissiyanın üzvü Elməddin Muradlı deyib.
O bildirib ki, bir neçə dəfə avtobus marşrutları ilə bağlı keçirilən müsabiqədə nəqliyyat eksperti kimi iştirak edib. Elan edilən müsabiqələrdə iştirak edən hüquqi və fiziki şəxslər yeni xətlərdə işləmək üçün müxtəlif növ nəqliyyat vasitələri təqdim edirlər: "Ancaq narahatedici məqam ondan ibarətdir ki, avtobus parkının yenilənməsinin gündəmdə olduğu bir vaxtda sərnişindaşıma sahəsində hələ də köhnə nəqliyyat vasitələri istismar olunur".
Ekspert deyib ki, müsabiqədə komissiya üzvləri alternativ seçim edə bilmirlər. Çünki müsabiqədə bir xətt üzrə yalnız bir daşıyıcı şirkət iştirak edir. Ona görə də məcburən köhnə nəqliyyat vasitələrinin xəttə çıxmasına icazə verilir. Bu isə həm yol hərəkəti təhlükəsizliyi, həm də sərnişinlərin rahatlığı baxımından narahatlıq doğuran haldır.
Elməddin Muradlı bu kimi halların qarşısını almaq və avtobus parkının yenilənməsi üçün bir neçə təklif irəli sürüb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım













