Şəhid Zülfüqarın son zəngi - “Vətən uğrunda şəhid olacam”

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.
Avtosfer.az FED.az-a istinadən xəbər verir ki, bu gün Tovuz rayonu Qovlar qəsəbəsindən şəhid olan Abbasov Zülfüqar Bayram oğlu haqqında danışacağıq. Əsgər Z.Bayramov İkinci Qarabağ Müharibəsində bir çox həlledici döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlər onun sonuncu döyüşü olub. Zülfüqar Xocavənd rayonunun işğaldan azad olunan ərazilərinin birinə bayraq sancarkən mənfur düşmənin gülləsinə tuş gələrək həlak olub.
Abbasov Zülfüqar Bayram oğlu 24 dekabr 1995-ci ildə Gədəbəydə anadan olmuşdur. Valideynləri ilə birlikdə Tovuzun Qovlar qəsəbəsində yaşayırdı.
Vətən müharibəsi başladıqdan sonra könüllü ərizə yazmış və Gədəbəy hərbi komissarlığından döyüşə yollanıb.
Zülfiqar keçən ilin yay aylarında ailə həyatı qurub.
Döyüşlərdə olarkən Zülfüqarın övladı dünyaya gəlib. Təəssüflər olsun ki, Zülfiqar öz ovladını görmədən şəhid oldu. Ailəsi son dəfə onunla noyabrın 9-da xəbər alıblar və Zülfüqar hər şeyin yaxşı olduğunu deyib.
Şəhidin qardaşı Elmar bəyin dediyinə görə, son telefon danışığıı zamanı Zülfüqar “vətən uğrunda şəhid olacam” deyirdi.
Ölümündən sonra komandiri ilə danışan ailəsi deyir ki, komandiri övladı olduğuna görə Zülfüqara hər dəfə ehtiyyatlı olmağı deyirdi. Amma Zülfüqar vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına öz canından keçdi. Oğlunun bu torpaqlarda daha rahat yaşamağıı üçün canını fəda etdi.
Danışıq zamanı məlum oldu ki, şəhidin ailəsində heç kim işləmir. Şəhidin ailəsi dövlət tərəfindən onların da ailəsinə dəstək göstəriləcəyinə ümid edir.




"Yaxın illərdə problem daha da kəskinləşə bilər" - Elektromobil bazarında yeni çağırış
Çinli istehsalçılar hər gün 4 yeni model təqdim edir – KİM QAZANIR, KİM UDUZUR?
Azərbaycanda bu avtomobillərlə bağlı sürücülük vəsiqəsi lazım olmayacaq - Prezident təsdiqlədi
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var










