Şəhidlik arzusuna çatan qəhrəman gizirimiz - FOTO

44 günlük Vətən Müharibəsində igid oğullarımız qanları, canları bahasına işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad ediblər. Belə qəhrəmanlarımızdan biri də Sadıqlı İbrahim Şahin oğludur.
Avtosfer.az oxu.az-a istinadən bildirir ki, o, 1993-cü il iyulun 28-də Bakı şəhərində anadan olub. 1999-cu ildə 292 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2008-ci ildə təhsilini Bakıdakı peşə liseylərindən birində davam etdirib. 2011-ci ildə təhsilini başa vuran İbrahim hərbi xidmətə yollanıb. 2013-cü ildə xidmətini uğurla başa vurub.
O, 2016-cı ildə yenidən hərbiyə qayıdıb və gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Müdafiə Nazirliyi tərəfindən dəfələrlə fəxri fərman və medallarla təltif edilib.
2018-ci ilin sentyabrından 2019-cu ilin yanvarınadək Çin Xalq Respublikasında keçirilən snayper kursunda 50 ölkə arasında ikinci yeri tutub və bayrağımızı yüksəklərdə dalğalandırıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ, Kəlbəcər, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib, 60-a yaxın düşmən əsgərini məhv edib. Oktyabrın 3-də Cəbrayıl istiqamətdə gedən yaralı döyüş yoldaşlarını atəş altından çıxaran zaman şəhidlik zirvəsinə yüksəlib.
Evin son beşiyi olan İbrahim ailəsinə deyib: "Şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan tanısın".
İbrahim Sadıqlı ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı və "Qarabağ" ordeni ilə təltif edilib.
Məqaləyə dair fotomateriallar:





Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












