Səkkiz ayda Gürcüstan Azərbaycana 196,1 milyon dollarlıq avtomobil ixrac edib

2022-ci ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 196,1 milyon ABŞ dolları dəyərində 20 205 ədəd avtomobil ixrac edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 32,8 milyon dollar və ya 20% artıb, sayı isə 4 303 ədəd və ya 17,6% azalıb.
2021-ci ilin 8 ayı ərzində Gürcüstan Azərbaycana 24 508 ədəd avtomobil ixrac edib ki, bunun da ümumi dəyəri 163,3 milyon dolllar təşkil edib.
Statistikaya əsasən, bu il Gürcüstan ümumilikdə 940,3 milyon dollar dəyərində avtomobil idxal edib. Cari ildə qonşu ölkənin avtomobil ixracının ümumi dəyəri isə illik ifadədə 67,3% artaraq 490,9 milyon dolları təşkil edib. Avtomobil ixracının Gürcüstanın ümumi ixracındakı payı 13,7% təşkil edib.
apa
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR










