Sərxoş sürücüyə ibrətamiz cəza: yarım saata 12 bal

İlk baxışdan təəccüblü görünə bilər: 10 ballıq sürücülük vəsiqəsinə 12 bal cərimə necə yazıla bilər? Amma mümkündür. Avtosfer.az xəbər verir ki, belə bir maraqlı hal Fransanın Şarant-maritim departamentində baş verib. Reyd zamanı lüks avtomobili saxlayan jandarmlar sürücünün sərxoş olduğunu müəyyən ediblər. Qanında 0,39 promil spirt olan sürücü 135 avro cərimə və 6 balla canını qurtarıb. Avtomobildəki sərnişinin sürücülük vəsiqəsi olduğu üçün polis avtomobili dayanacağa qoymayıb.
Təxminən yarım saat sonra sürücünü başqa bir şəhərin polisi saxlayıb. Bu dəfə isə sürücüyə təkrarən 6 bal yazılıb, avtomobil mühafizə olunan dayacanağa yerləşdirilib.
İndi o yenidən vəsiqə ala bilmək üçün nəzəri və praktiki imtahan verməlidir. Bu imtahanı neçə il sonra verəcəyini isə məhkəmə təyin edəcək.
Vüqar
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











