Son model avtomobil qəza etdi, amma yastıqlar açılmadı: Səbəb nədir? - VİDEO

Son model avtomobil qəza edib, amma avtomobildə heç bir təhlükəsizlik yastığı açılmayıb. Sosial şəbəkələrdə bu barədə videogörüntülər yayımlanıb.
Bu hadisə hər kəsdə sual doğurur: elə də ucuz olmayan yeni avtomobillərdə təhlükəsizlik yastıqları niyə açılmayıb?
Avtosfer.az xəbər verir ki, usta Sahil Ağabəylinin sözlərinə görə, avtomobil kənardan zərbə aldıqda təhlükəsizlik yastıqlarının sensorları bəzən bunu qəza kimi qəbul etmir. Ona görə də yastıqlar açılmaya bilər. Onun sözlərinə görə, sensorlar hətta qəzanın ağırlıq dərəcəsini və zərbənin hansı bucaqdan dəydiyini düzgün hesablayır.
Ara küçələrdə və ya dar dalanlarda bəzi sürücülər çox vaxt təhlükəsizlik kəmərindən istifadə etmirlər. Bu da təhlükəsizlik yastıqlarının işləməməsinə səbəb ola bilir. Mütəxəssislər əlavə edirlər ki, yastıqların aktiv olması üçün sürücünün kəmərdən istifadə etməsi vacibdir.
Təhlükəsizlik kəməri taxılmadıqda yastıqlar çox vaxt işə düşmür, çünki sistem sürücünü qoruma mexanizmini kəmərlə birlikdə işə salır. Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, həm təhlükəsizlik kəmərindən istifadə etsinlər, həm də avtomobilin təhlükəsizlik yastıqlarının sensorlarının texniki vəziyyətinə daim nəzarət etsinlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












