“Ştrafnoyda” olan maşına cərimə gəldi – SÜRÜCÜ ŞOKA DÜŞDÜ - FOTO

Bakıda avtomobili mühafizə olunan duracaqda olan sürücüyə protokol tərtib edilib. Bu barədə sürücü Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, ödənilməmiş cərimələrə görə idarə etdiyi 99-RE-276 qeydiyyat nişanlı “Zaz Lanos” markalı avtomobili avqustun 15-də yol polisi əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində olan duracağa yerləşdirilib və bu günə kimi avtomobil duracaqdan çıxarılmayıb. Lakin avtomobil duracaqda ola-ola onun barəsində cərimə yazılıb: “Atomobilim duracaqda olan müddətdə texniki baxışın vaxtı bitdiyinə görə yol polisi əməkdaşı avqustun 28-də planşet vasitəsilə protokol tərtib edib. Protokola əlavə edilmiş fotoda cərimənin harada və necə tərtib edilməsi açıq-aşkar görünür. Avtomobilim duracaqda ola-ola onu texniki baxışdan necə keçirə bilərdim? Ona görə barəmdə tərtib edilmiş qərara xitam verilməsini xahiş edirəm”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində qeyd edilib ki, bu məcəllənin 329.1, maddələsində nəzərdə tutulmuş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Qanunvericiliyin bu müddəasında aydın şəkildə qeyd olunub ki, texniki baxışı bitmiş nəqliyyat vasitəsinin sürücüsü planşet vasitəsilə deyil, real vax rejimində işləyən kamera vasitəsilə məsuliyyətə cəlb edilə bilər.
Nərminə Əli
.jpg)

Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










