Sürücü taksisində yuxuya gedən sərnişini zorladı

Moskvada taksi sürücüsü yatmış sərnişinə təcəvüz edib.
Avtosfer.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
"2022-ci il oktyabrın 10-na keçən gecə taksi fəaliyyəti ilə məşğul olan təqsirləndirilən şəxs Akademik Korolyov küçəsində dayanmış avtomobilin salonunda olarkən 1986-cı il təvəllüdlü sərnişinin yatmasından istifadə edərək, arxa oturacaqda oturaraq ona qarşı cinsi hərəkətlər edib, həmçinin zorlamağa cəhd edib", - məlumatda deyilir.
İstintaq Komitəsinin məlumatına görə, zərərçəkmiş taksi sürücüsünə fəal şəkildə müqavimət göstərib və avtomobili tərk edə bilib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 131-ci maddəsinin 1-ci hissəsi ("Zorlamaya cəhd") və 132-ci maddəsinin 1-ci hissəsi ("Seksual xarakterli digər zorakılıq hərəkətləri") ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs həbs edilib, istintaq davam edir.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












