Sürücülərin DİQQƏTİNƏ: Avtomobillərin icbari sığortası ilə bağlı yeni qaydalar nə vəd edir?

Azərbaycanda avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxsin əmlakına və səhhətinə zərər vurma ehtimalları nəzərə alınması məqsədilə risk amilləri üzrə əmsallar (sürücünün yaşı, təcrübəsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı, bölgə, istismar müddəti) müəyyən olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə tətbiq olunacaq yeniliklər” mövzusunda keçirilən təlimdə bildirilib.
Vurğulanıb ki, zərərlərin birbaşa tənzimlənməsi qaydaları yol-nəqliyyat hadisəsində zərərçəkənin avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsini və zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında ödəmələrin aparılmasını müəyyənləşdirir.
Bu dəyişikliklər sürücülərin məsuliyyətinin artırılmasını və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına geniş imkanlar yaradacaq.
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










