Sürücülərin DİQQƏTİNƏ: Noyabrın 1-dən etibarən ... - VİDEO

Noyabr ayında avto-icbari sığorta sahəsində yeni qaydalar qüvvəyə minəcək. Zərərçəkənin sığorta ödənişi onun müqavilə bağladığı sığorta şirkəti tərəfindən ödəniləcək. Təqsirli sürücünün isə növbəti ildən sığorta ödənişi artacaq. Mərkəzi Bank tərəfindən bundan sonra ən çox şikayət olunan sığorta şirkətlərinin adları da açıqlanacaq.
Gələn aydan etibarən Avto-icbari sığorta sahəsində yenilik ediləcək. Bunu Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib.Onun sözlərinə görə sığorta şirkətləri hadisə zamanı öz müştərisinə sığorta hadisələrinin tənzimlənməsində xidmət göstərəcək.
Dəyişikliyə əsasən, zərəçəkinin sığorta ödənişi avto-icbari sığorta şəhadətnaməsini aldığı sığorta şirkəti tərəfindən ödəniləcək. Belə olan halda isə təqsirli sürücünün növbəti ildə ödəyəcəyi sığorta haqqı aratacaq. Zərərçəkənin sığorta şirkəti sürücünün avtomobilini təmir etikdən sonra ödənişi qarşı tərəfin sığorta şirkətindən alacaq. Baş direktor bildirib ki, bundan sonra avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə şikayət olunan sığorta şirkətlərinin adları da açıqlanacaq.
Ziya Əliyev qeyd edib ki, yol nəqliyyat hadisəsi zamanı zərərin qiymətləndirlməsi üçün müstəqil ekspertlər də cəlb oluna bilər. Bununla bağlı qanunvericilikdə dəyişiklik nəzərdə tutulur
Ekspert əlavə edib ki, qaydaları pozan sığorta şirkətlərinə müəyyən sanksiyalar tətbiq oluna bilər.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












