Aİ Çin avtomobillərinə qarşı yeni rüsumlar hazırlayır

Avropa İttifaqı Çin istehsalı olan plug-in hibrid avtomobillərə əlavə rüsumların tətbiqinə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, "Handelsblatt" nəşrinin yaydığı məlumata görə, Avropa Komissiyası Çin avtomobil istehsalçılarına qarşı kompensasiyaedici tariflərin tətbiqi istiqamətində hazırlıq işlərini tamamlayıb. Qərarın qüvvəyə minməsi üçün Aİ-yə üzv ölkələrin əksəriyyətinin razılığı tələb olunur.
Məlumata əsasən, yeni rüsumlar əsasən Çin istehsalı olan plug-in hibrid modelləri əhatə edəcək. Avropa rəsmiləri hesab edirlər ki, Çin şirkətləri dövlət dəstəyi və subsidiyalar hesabına Avropa bazarında haqsız rəqabət üstünlüyü qazanırlar.
Qeyd edək ki, Avropa İttifaqı 2024-cü ildən etibarən Çin istehsalı olan elektromobillərə əlavə rüsumlar tətbiq edib. Yeni qərar qəbul olunarsa, məhdudiyyətlər hibrid avtomobillərə də şamil ediləcək və bu, Brüssel ilə Pekin arasında ticarət gərginliyini daha da artıracaq.
Son illər Çin avtomobil istehsalçıları Avropa bazarında mövqelərini sürətlə gücləndirirlər. Xüsusilə BYD, Chery və SAIC kimi şirkətlərin satışlarının artması Avropa istehsalçıları arasında narahatlıq yaradıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












