Şuşa yolunda canını fəda edən gəncimiz - VİDEO

Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızdan biri də Rzaxanov Nihat Natiq oğludur. 2001-ci ildə Bakının Biləcəri qəsəbəsində dünyaya gələn Nihat 2007-ci ildə 301 N-li məktəbdə birinci sinfə başlayır. Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün 9 il təhsil aldıqdan sonra işləməyə başlayır. 2019-cu ildə Ağcabədi rayonunda hərbi hissəyə yollanır.
“Report” xəbər verir ki, Nihat 44 günlük Vətən müharibəsi başlayan zaman könüllü olaraq gedir və qəhrəmancasına vuruşur. Şəhidin anası İradə xanımın sözlərinə görə, oğlu Nihat son dəfə anasına zəng edərək “Ana mən getdim” deyir və sağollaşır.
Nihat noyabr ayının 6-sı səhər saat 11 radələrində Xocavənd istiqamətində hücuma keçərkən bir neçə əsgər yoldaşına kömək edir və nəticədə başından qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır.
Ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif olunan Nihatın anasının indi yalnız bir arzusu var. Yaşadıqları ərazidəki küçəyə şəhid oğlunun adı verilsin.
Qeyd edək ki, evin, demək olar ki, tək çalışan üzvü Nihat şəhid olduqdan sonra ailənin maddi vəziyyəti yaxşı deyil. Ailə təmirsiz və şəraiti olmayan evdə yaşayır.
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?










