Şuşada topoqrafik xəritənin hazırlanması işlərinə başlanılıb

Qarabağ bölgəsində tikinti-abadlıq işlərinin və yeni infrastruktur layihələrinin icrası məqsədilə ərazilərin topoqrafik vəziyyətinin xəritələndirilməsi işləri həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya müəssisəsinin rəhbəri Nazim İsmayılov "Report"a bildirib ki, işlərə ilkin olaraq Şuşa şəhərindən başlanılıb və bu proses bölgənin bütün ərazilərini əhatə edəcək.
O qeyd edib ki, hazırda mütəxəssislərimizdən ibarət yaradılmış qrup tərəfindən Şuşa şəhərinin coğrafi və geometrik elementlərinin öyrənilməsi və detallı topoqrafik xəritənin hazırlanması üçün işlər aparılır.
Müəssisə rəsmisinin sözlərinə görə, Qarabağ regionu və ətraf rayonlarda iqtisadiyyatın bütün sahələri üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün ilk öncə ərazilərin topoqrafik xəritələrinin hazırlanması vacibdir və bu xəritələr aparılacaq yenidənqurma işlərinin icrasına əsaslı zəmin yaradacaq.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












