Şuşaya gedən yolun hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ

“Şuşaya aparan yol Əhmədbəyli kəndindən başlayaraq Füzuli şəhərinin yanından keçəcək”. Bu barədə İctimai Televiziyanın efirində yayımlanan “Sabaha saxlamayaq” proqramında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov məlumat verib.
O bildirib ki, Agentliyin qarşısında duran bir nömrəli məsələ ölkəmizin tacı, mədəniyyət mərkəzimiz Şuşaya yeni yolun tikintisi ilə bağlıdır:
“Şuşaya gedən yeni yol Əhmədbəyli kəndindən başlayaraq, Füzuli şəhərinin yanından keçəcək. Məşhur Topxana meşələrinin ətəyindən keçən yol Daşaltı kəndinə düşəcək, oradan isə Şuşaya qalxacaq.
Yol çox dağlıq-meşəlik ərazilərdən keçəcək, relyef çox çətindir. Amma bu çətinliyə baxmayaraq, körpülər tikilməklə meşə zolağından keçərək, 4-6 zolaqlı birinci dərəcəli yolun tikintisi davam etdiriləcək. Yolun uzunluğu təxminən 100 km-ə yaxın olacaq.
Bildiyiniz kimi, zaman az olduğundan layihələndirmə və tikinti işləri, demək olar ki, paralel aparılır. Yolun dəqiq uzunluğu işlərin yekununda bəlli olacaq. Yolun tikintisi ilə bağlı Prezident İlham Əliyev bir il yarım vaxt verib. Bir neçə podratçı şirkətlə çalışmaqla maksimum tez zamanda yolun tikintisini bitirməyi düşünürük”.
“Hətta qardaş ölkə Türkiyənin dağ şəraitində çalışa bilən şirkətləri var ki, bu işdə onların təcrübələrindən də faydalanacağıq”, - deyə H.Rüstəmov qeyd edib.
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?










