Taksi sürücülərinin DİQQƏTİNƏ - 50 manat cərimə oluna bilərsiniz

Son dövrlər vətəndaşların daha çox narazılıq etdiyi xidmətlərdən biri də taksi fəaliyyətidir. Xüsusilə qiymətlərə yanaşmada insanların fikirləri birmənalı deyil. Bəziləri düşünürlər ki, taksi xidmətləri kifayət qədər bahadır. Ona görə də, taksilərə taksometrlərin quraşdırılmasının tərəfdarıdırlar.
Avtosfer.az xəbər verir ki, elə taksi fəaliyyəti ilə məşğul olanlar da bildirirlər ki, taksometrlər olmadığı üçün qiymət razılaşmaqdaçətinlik çəkirlər. Taksi şirkətlərinin təyin etdiyi məbləğ isə bəzən gedilən yolla tərs mütənasib olur.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Taksometrlə fəaliyyət göstərmək tələbi fərdi qaydada işləyənlərə tətbiq edilə bilər. Şirkətlərlə əməkdaşlıq edənlər üçün isə bu, zəruri deyil.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirir ki, İnzibati xətalar məcəlləsində taksometr olmadan taksi fəaliyyəti göstərən sürücülərə 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











