Tam hibrid modeli Haval H6 Hev və yeni Dargo modelinin təqdimatı baş tutdu - FOTO
Haval avtomobillərinin tək rəsmi distribyuteri “Haval Azərbaycan”, yeni “Haval H6 Hibrid” və “Haval Dargo” modellərinin rəsmi təqdimat mərasimini keçirib. “Marriott Baku Boulevard” hoteldə keçirilən təqdimat mərasimində şirkətin partnyorları və müştəriləri, həmçinin tanınmış şəxslər iştirak edib.
Yeni modellərin təqdimat çarxının nümayişindən sonra geri sayımla birlikdə yeni modellər qonaqlara təqdim edildi.
“Haval H6 HEV”, Çin avtomobil seqmentinin uğurlu krossover avtomobili, Haval H6-nın yeni nəsli hesab olunur. Hibrid texnologiyası vasitəsi ilə 100 km-ə 5.2 litr yanacaq sərfiyyatı ilə qənaət edə və minimal karbon emisiyası ilə ekologiyanın qayğısına qala bilərsiniz.
Qeyd edək ki, Haval H6 Hev Çin avtomobil seqmentində ölkəmizə gətirilən ilk və yeganə tam hibrid modeldir.
Hibrid elektrik və daxili yanma mühərriki birlikdə 243 at gücü və 530 NM fırlanma anına malikdir.
Tam yeni seqmentdə təqdim olunan “Dargo” şəhər yolsuzluq avtomobillərindən daha əyləncəli, sərt üslublu yolsuzluq avtomobilindən isə daha rahat olacağı vurğulanıb.
Bu yeni model təkmilləşdirilmiş 2.0 T mühərrik, 7 pilləli, iki muftalı transmissiya, 146 kVt mühərrik nominalı və 325 NM maksimum fırlanma anına malikdir.
Yeni “Haval H6 HEV” modelinin satış qiyməti 57 900 manat, “Dargo” modelinin satış qiyməti isə 62 900 manat təşkil edir.
Nəzərinizə çatdıraq ki, Haval H6 Hibrid modelini sərfəli şərtlər daxilində ilkin 11 580 azn, illik cəmi 11% olmaqla 5 illik kreditlə əldə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün *7999 qısa nömrəsinə zəng edə və ya “Haval Azərbaycan”ın Babək prospekti 282 ünvanında yerləşən avtosalonunu ziyarət edə bilərsiniz.
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...











