Tanınmış futbolçumuzun idman avtomobilinin avtoşluq görüntüləri

Sosial şəbəkələrdə Azərbaycanın futbol yığmasının və “Neftçi” klubunun oyunçusu Araz Abdullayevə məxsus avtomobilin avtoşluq edərkən çəkilmiş videosu yayılıb. Lent.az-ın məlumatına görə, videoda avtomobilin kim tərəfindən idarə edilməsi dəqiq aydın olmasa da, onun Araz Abdullayevə məxsus “Nissan 350Z” markalı 90 XF 350 nömrə nişanlı “sportcar” olduğu dəqiqdir.
Qeyd edək ki keçən il mart ayının 28-də günorta saatlarında Araz Abdullayev 90 XF 350 dövlət qeydiyyat nişanlı həmin “Nissan”la Nobel prospektində Xətai MKTB-nin işçiləri 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurduqdan sonra maşını saxlayıb. O hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə birlikdə Kliniki Tibbi Mərkəzə gəlib. Futbolçu barəsində cinayət işi açılsa da, sonradan işə xitam verilib. Hətta 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva futbolçudan şikayətçi olmadığını bildirib və bunu yazılı şəkildə hüquq-mühafizə orqanlarına bildirib. Qadın qeyd edib ki, Araz məhkəməyə verilərsə, özünü öldürəcək.
Yeri gəlmişkən, dünən Araz Abdullayevin Bakıda avtoxuliqanlıq etdiyi üçün yol polisi tərəfindən saxlanıldığı barədə xəbər yayılıb.
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
















