Tesla çoxdan gözlənilən robot taksini təxirə salıb

Müştərilərin maraqla gözlədiyi Teslanın avtonom rejimdə çalışan robot taksi avtomobilinin təxirə salındığı bildirilir. Lent.az xəbər verir ki, şirkətin təqviminə görə avtomobilin avqustda təqdimatının keçirilməsi gözlənilirdi.
Bütün resurslarını tam avtonom olan Tesla robot taksi modelinə xərcləyən şirkət ucuz avtomobil istehsalı layihəsini dayandırıb.
Qeyd edək ki, Teslanın rəhbəri Elon Mask aprel ayında verdiyi açıqlamada şirkətin robot taksi avtomobilinin avqustun 8-də təqdim ediləcəyini açıqlamışdı.
Tam avtonom rejimdə fəaliyyət göstərəcək robot taksinin istehsalını görünür planlaşdırılan tarixə çatdırmaq mümkün olmayacaq.
Tesla layihə üzərində işləyən komandalara əlavə prototiplər istehsal etmək üçün daha çox vaxt vermək məqsədilə təqdimat tədbirini oktyabr ayına qədər təxirə salmağa qərar verib.
Təxirə salınma ilə bağlı ictimaiyyətə hələ ki, açıqlama verilməyib.
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












