“Tesla” Hindistanda əməkdaş axtarışına başlayıb

Amerikalı milyarder İlon Mask və Hindistanın Baş naziri Narendra Modi arasında Vaşinqtonda keçirilən görüşdən sonra elektrik avtomobilləri istehsalçısı “Tesla” Asiya ölkəsində işçi axtarışına başlayıb.
Avtosfer.az xəbər verir ki, müvafiq elanlar şirkətin sosial media hesabında yerləşdirilib. “Tesla” əsasən məsləhətçilər, operatorlar və müştəri xidmətləri üzrə mütəxəssislər daxil olmaqla 13 vəzifəyə namizəd axtarır. Vakansiyalardan beşi Mumbay şəhəri üçün, qalanları isə Dehli üçün nəzərdə tutulub.
Xatırladaq ki, Narendra Modi ilə İlon Mask arasında görüş fevralın 13-də baş tutub. Görüşdə Hindistan və ABŞ şirkətləri arasında innovasiya və süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsi, həmçinin səmərəli dövlət idarəçiliyi məsələləri müzakirə olunub.
İlon Mask hələ 2023-cü ildə Dehliyə Hindistanda “Tesla” şirkətinin avtomobil istehsalını yerləşdirmək üçün investisiya təklifi edib. Təklifə ildə 500 min elektromobil istehsal edəcək zavodun tikintisi, istehsalın lokallaşdırılması və məhsulların üçüncü ölkələrə ixracı daxildir.
Hazırda Hindistanda elektriklə çalışan avtomobil bazarının həcmi cəmi iki faizdir. Dehli 2030-cu ilədək bu göstəricini 30 faizə çatdırmağı planlaşdırır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












