“Tesla” misli görünməmiş ziyana uğrayıb

Yanvar-mart aylarında “Tesla” şirkətinin avtomobil tədarükləri pessimist proqnozlarda belə yer almayan səviyyəyə enib.
Avtosfer.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, “Tesla” səhmləri cümə günü müntəzəm ticarətdən öncə beş faizdən çox ucuzlaşıb. Səhmlərin qiymətinin rekord həddə çatdığı dekabrın 17-dən bəri ucuzlaşma 44 faiz təşkil edib.
2025-ci ilin ilk üç ayında “Tesla” şirkəti 336 min 681 avtomobil tədarük edib. Bu, 2022-ci ildən bəri ən pis rüblük nəticədir.
Ekspertlərin fikrincə, ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın sponsoru olan İlon Mask dəfələrlə avropalı siyasətçiləri tənqid edib və ifrat sağçı partiyaları dəstəkləyib. Bu, onun sahib olduğu şirkətə mənfi təsir göstərib. Məsələn, ötən rübdə Almaniyada “Tesla” avtomobillərinin satışları 62 faiz azalıb.
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - QİYMƏTLƏR
"Honda"nın bir milyondan çox avtomobili yoxlanılacaq
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
ABŞ-nin Bakıdakı səfirliyi əşyaları və avtomobilləri ucuz qiymətə satışa çıxardı - FOTOLAR
Dünyanın ən məşhur hiperkarlarından birinin kiçik versiyası hazırlandı - FOTO
"Tesla"nın əməkdaşları müştəriləri izləyiblərmi?
“Toyota” yarım əsrlik modelin dizaynını dəyişmədi
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır












