"Tesla" qiymətləri xeyli endirdi

"Tesla" şirkəti satışların son vaxtlar məyusluq yaratmasına görə, "Cybertruck" elektrikli pikapı üçün istehsal planlarını azaldıb.
Avtosfer.az "MotorBiscuit" nəşrinə istinadla xəbər verir ki, bu, həm də avtomobil istehsalçısını qiymətdə əhəmiyyətli azalma elan etməyə məcbur edib, cari endirimlərin həcmi təqribən 12 min dollara (21 min manata yaxın - red.) çatıb.
Məlumata görə, 2025-ci ilin birinci rübündə ABŞ-də "Cybertruck" maşınlarının satışları təxminən 6 400 ədəd olub ki, bu da şirkətin hədəflərindən xeyli aşağıdır.
Tələbi stimullaşdırmaq üçün "Tesla" "Cybertruck" modellərinə əhəmiyyətli endirimlər təklif edir. "Foundation Series" versiyası üçün endirim 11 990 dollara çatır.
Bundan əlavə, alıcıları cəlb etmək üçün brend "Supercharger" stansiyalarında 123 kVt/saatlıq akkumulyator üçün ömür boyu pulsuz enerji doldurmağı təklif edə bilər.
"Cybertruck"ın digər versiyaları üçün endirimlər bir qədər azdır və təxminən 10 550 dollara (18 min manata yaxın) çatır.(oxu.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












