"Tesla"nın yeni təqdimatı təxirə salındı

"Tesla"nın CEO-su İlon Mask çoxdan gözlənilən "robotaxi" prototipinin təqdimatını əvvəlcə planlaşdırılan avqustun 8-dən oktyabrın 10-na təxirə salıb.
Avtosfer.az Redaktor.az-a istinadən xəbər verir ki, Mask dizayn təkmilləşdirmələrinə ehtiyac olduğunu əsas gətirib.
KİV-in məlumatına görə, proqram təminatı ilə idarə olunan robotaksislər "Teslanın" gələcək baxışının mərkəzində dayanır. Süni intellekt məhsullarına doğru bu keçid Maskın avtonom texnologiya inkişaf etdirmə səylərini asanlaşdırmaq üçün şirkətin qlobal işçi qüvvəsinin 10%-dən çoxunu işdən çıxarmaq qərarından sonra baş verir.
Lakin şirkət hesabatlarına görə, "Tesla"nın elektrik avtomobil satışlarından əldə etdiyi əsas gəlir azalma əlamətləri göstərdiyi üçün keçid problemlərlə üzləşir. Belə ki, "Tesla" 2024-cü ilin ikinci rübündə əvvəlki illə müqayisədə 45%, avtomobil satış gəlirlərində isə 7% azalma ilə 1,5 milyard dollar mənfəət əldə etdiyini bildirib.
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır










