Toyota Land Cruiser 300 modeli iki V6 mühərriki ilə təklif ediləcək

Yeni nəsil Toyota Land Cruiser modelinin ətrafında cərəyan edən hadisələrin ardı-arası kəsilmir. Bir neçə gün bundan öncə, may ayının sonuna qədər təqdim ediləcək yeni ofrouderin hərəkət zamanı çəkilmiş videogörüntüləri yayılmışdı. Bu gün isə, 300 indeksini alacaq ofrouderin mühərrik çeşidi barədə məlumat peyda olub.
Land.cruiser.300 Instagram səhifəsində dərc edilmiş cədvəldə yeni Toyota Land Cruiser modelinin başlanğıcda bir benzin və bir dizel mühərriki ilə təklif ediləcəyi görünür. Alıcılara 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 benzin turbomühərriki təklif ediləcəkdir.
Göründüyü kimi, yeni mühərrik əvvəlki 5,7-litrlik V8 atmosfer mühərrikindən daha güclüdür. Xatırladaq ki, səkkizsilindrli aqreqat 381 at qüvvəsi və 544 Nm fırlanma anı təklif edirdi.
İkinci mühərrik isə 309 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,3-litrlik turbodizeldir. Üstəlik, mühərrikin maksimal fırlanma anı artıq 1600 dövr/dəqiqədən əlçatandır. Göründüyü kimi, yeni turbodizel də əvvəlki 4,5-litrlik V8 dizel mühərrikindən 41 at qüvvəsi və 50 Nm daha güclü olacaqdır.
İnetrnetdə peyda olan məlumatlara görə, yeni model haqqında məlumatın dərc edilməsinə qoyulan qadağan may ayının sonunda qüvvədən düşəcəkdir. Odur ki, yeni ofrouder 31 may - 1 iyun tarixlərində debüt edə bilər./autograph
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










