Türkiyə MN: “Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət çalışmaları davam edir”

Türkiyə və Rusiya arasında əldə olunan Dağlıq Qarabağda atəşkəsə nəzarət anlaşması və əməkdaşlığın Ağdamda fəaliyyətə başlaması üçün çalışmalar Azərbaycan və Rusiyanın koordinasiyasında davam etməkdədir.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı qüvvələri dəstəyini davam etdirəcək:
“Azərbaycan Ordusuna dəstək üçün 135 nəfərdən ibarət 2 Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir.
Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində 4 nəfər olmaqla 12 qrup və 64 nəfər isə təlim-tədrisə dəstək verir.
Türkiyə olaraq, “İki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərini kədərimiz, sevincini sevincimiz bildiyimiz can qardaşlarımızın yanında olmağa davam edəcəyik”.
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR












