Uzun məsafələrdə elektrik mühərrikli avtomobillərə güvənmək olar? – AÇIQLAMA

Bu gün Azərbaycanda elektrik mühərrikli avtomobillərdən istifadə getdikcə daha geniş yayılmaqdadır. Ətraf mühitin mühafizəsi, yanacağa qənaət və texnoloji yeniliklərə maraq vətəndaşları bu nəqliyyat vasitələrinə yönəldən əsas səbəblərdən biridir. Lakin ictimai rəy göstərir ki, hələ də bir sıra insanlar elektrik mühərrikli avtomobillərlə uzun məsafələr qət etməyin məqsədəuyğun olmadığını düşünür. Onların əsas arqumenti avtomobillərin batareyalarının sürətli boşalması və yolda qalma ehtimalının yüksək olması ilə bağlıdır.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev məsələ ilə bağlı öz fikirlərini bölüşüb.
O qeyd edib ki, Bakıda ictimai nəqliyyatın əsas hissəsini elektrikli avtomobillər təşkil edir:
“Bu avtomobillərin qət etdiyi uzun məsafəyə uyğun infrastruktur təşkil edilib. Elektrikli avtomobillərin qət etdiyi yol onun sərf etdiyi enerjisindən asılıdır. Biz bu prosesin şahidi olmuşuq və belə bir məlumatı cəmiyyətə mesaj kimi ötürdük.
Amma ümumi baxanda, ölkəmizdə 12-yə yaxın elektrik doldurma məntəqəsinin istismarını həyata keçirən şirkətlər mövcuddur və bunlar tərəfindən turizm zonalarında, gediş-gəlişin çox olduğu yolların üstündə elektrik doldurma məntəqələri qurulur. Avtomobillər planlı şəkildə yola çıxanda, əlbəttə ki, biz istənilən yerdə avtomobillərimizin enerjisini doldura bilərik. Sevindirici hal budur ki, işğaldan azad olunmuş ərazilərdə belə elektrik doldurma məntəqələri fəaliyyət göstərir”.
“Hesab edirəm ki, elektrikli avtomobillərə güvənmək olar. Mənim fikrimcə, burada heç bir sıxıntı yoxdur. Zaman keçdikcə, infrastruktur layihələri daha da genişləndirilir”, - o əlavə edib.(iqtisadiyyat.az)
Bu avtomobildə sükan kvadratşəkilli olacaq
2025-ci ildə istehsalı dayandırılmış avtomobillər - FOTO
Avtonom idarəetmə sistemləri: Kim daha irəlidədir? - FOTO
İkinci əl avtomobil bazarında son durum - VİDEO
Çin amili və Avropa avtomobil bazarı - Dəyişən güc balansı
Çin avtomobili almaq istəyənlər DİQQƏTLİ OLSUN!
Azərbaycana yeni BYD-lər gəlir - SİYAHI
Brüssel avtomobil sərgisində GÖRMƏYƏCƏYİMİZ MARKALAR
“Chery” və “Lifan”da sürət qutularının əsas problemi - EKSPERT RƏYİ
Bakıdakı sıxlığı bu cür aradan qaldırmaq olar - Avtomobil sayına limit ...
Şumaxerə ilk qələbəni gətirən avtomobili satışa çıxarıldı - FOTO











