“Vətən uğrunda” medallı şəhidlərimiz - VİDEO

Azərbaycanın apardığı haqq savaşında bir çox gəncimiz ölkəmizin ərazi bütövlüyü uğrunda əlindən gələni və daha artığını etməkdən çəkinmədi. Həm ön, həm də arxa cəbhədə. Çox sayda qəhrəman vətən oğlu aparılan mübarizədə canından keçdi.
Vətən, torpaq, sevgisi Ramin Quliyevin də hərb sahəsini seçməsinə səbəb olub.
Valideynləri evin tək oğlu olan R.Quliyevi bu yoldan döndərə bilməyib.
Qəhrəmanımız Naxçıvanda Heydər Əliyev adına hərbi liseyə, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Bu ilin iyununda təhsilini başa vuraraq Ağdama xidmətə yollanıb.
R.Quliyev Vətən müharibəsi başlayanda ön sıralarda mübarizə aparan qəhrəmanlardan biri olub. Onun atası Birinci Qarabağ müharibəsində iştirak edib. Atanın başladığı işi oğlu tamamlayıb.
Silahdaşları ilə birlikdə Suqovuşanın azad olmasında düşmənin canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsi və qənimət kimi ələ keçirilməsində şücaət göstərib.
Döyüş əməliyyatlarında qarşıya qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən şəhid leytenant dövlət başçısının sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Digər qəhrəman isə 26 yaşlı şəhid Emil Əbdüləzimlidir.
E.Əbdüləzimli vətənin müdafiəsinə könüllü qoşulan igidlərdən olub.
Əslən Zəngilandan olan E.Əbdüləzimli ailəsinin 27 illik həsrətinə son qoyub.
Göstərdiyi qəhrəmanlığa görə ölkə başçısı E.Əbdüləzimlini “Vətən uğrunda” medalına layiq görüb.
Bu gün Vətənin igid, mərd oğulları sayəsində başı ucadır. Bu gün torpaqlar şəhidlərimizin qanı bahasına azaddır.
"Yaxın illərdə problem daha da kəskinləşə bilər" - Elektromobil bazarında yeni çağırış
Çinli istehsalçılar hər gün 4 yeni model təqdim edir – KİM QAZANIR, KİM UDUZUR?
Azərbaycanda bu avtomobillərlə bağlı sürücülük vəsiqəsi lazım olmayacaq - Prezident təsdiqlədi
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var










