“Volvo Cars” avqust ayında - 43 666 avtomobil

“Volvo Cars” avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalma ilə 43,666 avtomobil satdığını bildirdi. Qeyd olunan rəqəmlərdə əsas pay sahibi “Recharge” və hibrid avtomobilləridir. İstehsalda müsbət tendensiya avqust ayında da davam etdi, lakin komponentlərin, xüsusən də yarımkeçiricilərin mövcud olmaması istehsal prosesinə təsir etməkdə davam edir.
Avqust ayında Avropa üzrə satışlar keçən ilin eyni ayı ilə müqayisədə 15,8%, ABŞ üzrə 23,9% azalmış, Çin bazarında isə 31% artıb.
Ay üzrə Volvonun ən çox satılan modeli 16,161 ədəd ilə XC60 olub. Sonrakı yerlərdə isə 9,766 avtomobil sayı ilə XC40 və 7,678 avtomobil sayı ilə XC90 modelləri gəlir.
Komponent çatışmamazlığı Azərbaycan bazarına da təsirsiz ötüşməyib. “Volvo Cars”-ın Azərbaycan üzrə marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə satışların həcmi 22,3% azalıb. “Düşünürdük ki, post-pandemiya dövrü xammal qıtlığını aradan qaldırar. Lakin mövcud durumun müddəti qeyri-müəyyən olaraq qalır. Bu da öz növbəsində sifarişlərdə müxtəlif çətinliklər yaradır. Təbii ki, bütün bu sadalanlar satış rəqəmlərində də öz əksini tapır.” – deyə şirkət rəsmisi bildirib.
*Qeyd edək ki, “Volvo Cars”-ın Azərbaycanda yeganə rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır











