Yanacağı çənə yuxarı sürətlə vurdurmağın zərəri çox imiş - İKİ VACİB AÇIQLAMA - VİDEO

Son günlər sürücüləri ən çox narahat edən məsələlərdən biri sosial şəbəkələrdə yayılan videodur. Uzun müddətdir ki, yanacaqdoldurma məntəqlərində yanacağın çənə hansı sürətlə vurulması mövzusu müzakirə olunur. Bu da sürücülərlə məntəqə işçiləri arasında bəzi hallarda dava ilə nəticələnir.
Yayılan görüntülərdən sonra bəzi sürücülərin fikrincə, yanacağı tapancanın ilk və son sürət seçimi ilə çənə doldurulması zamanı yanacağın miqdarında da fərq yaranır. Bu da sürücülərin yanacaqdoldurma məntəqəsinə və onun işçilərinə olan inamını azaldır.

Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlamasında avtomobil mütəxəssisi Elçin Abbasov deyib ki, məntəqədəki yanacaq çəninin tapanca şlanqına birləşən hissəsində xüsusi sayğac var:
“Həmin sayğac yalnız çəndən şlanqa ötürülən yanacağın miqdarını hesablayır. Buna görə də yanacağı hansı sürətlə vurmağın qeyd edilən miqdara heç bir təsiri olmur. Sürətli şəkildə yanacaq vurulmasının avtomobilə və çənə vurduğu ziyana gəlincə, yuxarı sürətlə vurulan yanacaq çəndə burulğan əmələ gətirir, yeni qazlar yaranır və qazlaşma əmələ gəlir. Əgər çənin daxilində kirəc varsa, sürətlə vurulan yanacaq məhz həmin kirəci yanacağın səthi boyu yayır. Bu da yanacaq filterinin tutulmasına gətirib çıxara bilir. Yüksək sürətlə vurulma, eyni zamanda, yanacağın keyfiyyətinə də mənfi təsir edə bilər. belə halda yanacağın səviyyəsini göstərən sensora ziyan dəyə bilər”.

Mütəxəssis sonda onu da vurğulayıb ki, bu cür mənfi təsirlərin qarşısını almaq üçün çənin üst hissəsində yanacağın tökülmə istiqamətində müəyyən maneələr qoyulur və bu maneələr çəndə minimum təhlükə effekti yaradır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, hər istehkakçının məsələyə öz yanaşması var.

“Çoxusu da, necə deyərlər, çox şeyi öz arşını ilə ölçməyə meylli olur. Amma “od olmayan yerdən tüstü də əmələ gəlməz” deyirlər. Yanacaqdoldurma məntəqələrindəki nasoslar dəqiq ölçü üçün kalibrlənib və axın sürəti özü-özlüyündə dövriyyə olunan həcmdə fərq yaratmamalıdır. Lakin köpük və ya buxar səbəbindən axının erkən dayanmasını da inkar etmək olmaz. Ümumən, yanacaq çəninin hansı sürətlə doldurulmasının əhəmiyyəti var və bəzi hallarda sürətli doldurma zamanı çənin tam dolmaması barədə sürücülərin dedikləri həqiqətə uyğun ola bilər. Çünki yanacağın avtomobilin çəninə yüksək sürətlə vurulması nəticəsində köpük yaranır, bu isə çənin tam dolmasına maneə olur – yanacaqdoldurma nasosundakı “datçik” çənin dolduğunu düşünür və yanacağın nəqlini dayandırır. Bundan əlavə, avtomobildə quraşdırılmış çənin formasının da tam dolmaya təsiri mümkündür. Çənin havalandırmasının zəif olması da buna təsir edən amildir”, - o deyib.
İ.Şaban bildirib ki, sürücülərdə "az doldurulma" şübhəsi əsasən avtomobil çənini ağzına qədər dolduran zaman artır: “Dediyim faktorlar da məhz çənin tam doldurulması halında ortaya çıxır. Çünki yüksək sürətlə çənə vurulan yanacaq köpük və əks buxar təzyiqi yaratdığından “tapança” bunu dolmuş hal kimi qəbul edir. Buna görə də zəruri ehtiyac olmadığı halda çənin ağzına qədər doldurulmasından çəkinmək məsləhətdir. İkincisi, əgər 50 litrlik çəninizi aşağı sürətlə vurmaq kiməsə vaxt itkisidirsə, onun ilk 40 litrini sürətlə, qalanını aşağı sürətlə də vurdura bilərlər ki, “tapança” köpüyə görə axını vaxtından əvvəl dayandırmasın”.
Səfər
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










