Yay təkərlərini qış təkərləri ilə dəyişmək üçün optimal vaxt açıqlandı

Yay təkərlərini qış təkərləri ilə əvəzləmək gündüz temperaturu sabit şəkildə +5°C-dən aşağı düşdükdə və gecə şaxtaları başladıqda tövsiyə olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə rusiyalı avtomobil eksperti Yan Haytseer "Moskva 24"ə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, sürücülər bu prosesə əvvəlcədən hazırlaşmalıdırlar: texniki xidmət məntəqəsinə yürüş və ya istismar müddətinə uyğun planlı servis üçün müraciət etmək, avtomobilin bütün sistemlərini yoxlamaq və qış təkərlərinin vəziyyətini qiymətləndirmək vacibdir.
Ekspert bildirib ki, büdcədən asılı olaraq sürücülər premium, yerli və ya Çin istehsalı şinləri seçə bilərlər:
"Ola bilsin ki, daha büdcəli variantlarda aşınma bir qədər çoxdur və ya sürət indeksi kifayət qədər yüksək deyil. Lakin nəzərə almaq lazımdır ki, qış dövrü sürətli manevrlər üçün əlverişsizdir", - deyə o sözlərini yekunlaşdırıb.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












