Yeni avtomobilin mühərrik yağını dəyişmək lazımdır? – Ustadan MƏSLƏHƏT - VİDEO

''Avtomobil yeni gətirilibsə, mühərrik və transmissiyanın yağını mütləq dəyişmək lazımdır''.
Avtosfer.az-ın məlumatına görə, bu ifadəni son günlər bəzi ustalar Çindən gətirilən sıfır kilometrajlı avtomobillər haqqında deyirlər. Ustalar fikirlərini belə əsaslandırırlar ki, həmin yağ istehsalçı tərəfindən müvəqqəti istifadə üçün nəzərdə tutub. Avtomobil ustası Sahil Ağabəyli isə hesab edir ki, bu düşüncə kökündən yanlışdır. Ustanın sözlərinə görə, heç bir avtomobilin kitabında bu barədə məlumat yoxdur.
Usta onu da əlavə etdi ki, yeni avtomobillərdə mühərrik yağını 7 min, sürətlər qutusunun yağını isə 80-100 min kilometrə qədər idarə etdikdən sonra dəyişmək lazımdır. O ki qaldı yeni avtomobildə yağın dəyişdirilməsinə, Sahil Ağabəyli deyir ki, bu, Çindən ölkəmizə hər keçən gün daha çox avtomobilin idxal edildiyini bilən bəzi işbazların oyundur.
Qeyd edək ki, təkcə ötən il ölkədə 29 min 456 ədəd Çin istehsalı avtomobil qeydiyyata alınıb. Bunlar da əsasən elektromobil və hibrid avtomobillər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki illərlə müqayisədə rəqəmlər hər il artır.
Daha ətaraflı videomaterialda.
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












