"Zenvo" yeni hiperkar üzərində işləyir

Danimarkanın Zenvo Automotive şirkətinin kommersiya direktoru Yens Sverdrup Top Gear nəşrinə müsahibəsində növbəti hiperkar üzərində işlədiklərini bildirib. Bu hiperkar 1500-1800 at qüvvəli V12 mühərrikinə əsaslanan hibrid güc qurğusuna, həmçinin yeni transmissiya və şassiyə sahib olacaqdır. Bundan əlavə, avtomobil ümumi yollara çıxışı olan iki versiyada təklif ediləcəkdir. Onlardan biri daha komfortlu, digəri isə, trek yönümlü olacaqdır.

Zenvo Automotive şirkəti İsveç qonşusu Koenigsegg qədər məşhur deyil. Şirkətin portfelində üç model var. Ən son, TSR-S, təxminən 1,5 milyon avroya başa gəlir. Kupe iki ötürməli kompressoru olan 5,8-litrlik V8 mühərriki (1193 at qüvvəsi, 1100 Nm) və yarış transmissiyası ilə təchiz olunub. Hiperkta 100 km/saat həddinə 2,8 saniyəyə sürətlənir. Zenvo TSR-S modeli 2018-ci ildən istehsal olunur, odur ki, 1500-1800 at qüvvəsi aralığında planlaşdırılmış hasilatı olan növbəti avtomobil üzərində çalışmalara artıq başlanılıb.

Hiperkarın yeni karbon şassi, transmissiya, elektrik ötürməsi və modul konstruksiyalı V12 mühərriki alacağı vəd edilir. Bütün bunlar şirkətin öz mütəxəssisləri tərəfindən yaradılacaqdır. Mühərrik iki elektrik turbokompressorunu alıb və hibrid üstqurumu olmadan təxminən 1200 at qüvvəsi hasil edəcəkdir. O, ön oxdakı elektrik mühərriki və səkkiz pilləli ötürmələr qutusu ilə birlikdə çalışacaqdır.

Yeni hiperkarın iki versiyada buraxılması planlaşdırılır: komfortlu və trek yönümlü. Birinci versiya çox güman ki, tam ötürməyə, ikinci modifikasiya isə, daha aqressiv aerodinamikaya və yüngül hissələrə sahib olacaqdır. Daha sonra hiperkarın şassisində, məsələn, V8 mühərrikli başlanğıc səviyyəli model hazırlana bilər. Maraqlıdır ki, yeni platforma elektrik mühərriklərinin quraşdırılmasına da imkan verir. Hələlik isə, Zenvo müştəriləri daxili yanma mühərrikli avtomobilləri tələb edirlər.
autograph.az
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










