Bakıda COP29 çərçivəsində veloyürüş təşkil edilib - FOTO

Bakıdakı Türkiyə Təhsil Qurumları və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə COP29 çərçivəsində velosiped turu keçirilib.
Avtosfer.az xəbər verir ki, yürüşdən əvvəl Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
AVF-nin baş katibi Elnarə Musayeva ölkədə velosiped idman növünə dövlət səviyyəsində dəstəyin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qayğı nəticəsində bölgələrdə turlar təşkil edilir. Baş katib bildirib ki, velosiped sürmək insan həyatının sağlamlığı üçün çox önəmlidir.
Bakıdakı Türkiyə Təhsil Qurumlarının sədri Abdullah Yılmaz bu tədbirin COP29 çərçivəsində keçirilməsinin dünyaya bir mesaj olduğunu söyləyib. O, COP29 konfransına ev sahibliyinin Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olduğunu deyib.
Bakı Veloparkında şagirdlər arasında təşkil edilən yürüş üç turdan ibarət olub. Məktəblilər velosiped sürməklə yanaşı, davamlı nəqliyyat və karbon emissiyalarının azaldılması kimi mövzularda maarifləndiriliblər. Velosipedin əsl nəqliyyat vasitəsi və nəqliyyatla bağlı karbon emissiyalarının azaldılması üçün ciddi həll yolu olduğu göstərilib.
Qeyd edək ki, ötən ay niderlandlı velosipedçi Colen Simone Şol COP29 çərçivəsində Azərbaycana səyahət etmişdi.




Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











