11 illik bazadan kolleclərə qabiliyyət imtahanları başa çatıb

2020/2021-ci tədris ili üçün tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Xüsusi qabiliyyət tələb edən ixtisaslara (XQTİ) qəbul üçün keçirilən qabiliyyət imtahanları yekunlaşıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul üçün 26 avqust tarixindən başlamış imtahanlarda 900-dən çox abituriyent iştirak edib. Onlardan 269 nəfər məqbul qiymət alıb və ərizələrində xüsusi qabiliyyət tələb edən ixtisasları göstərmək hüququ qazanıb.
Bu müddət ərzində 13 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası(YQYK) fəaliyyət göstərib. Xatırladaq ki, cari ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq imtahanlarda kütləviliyin qarşısını almaq məqsədilə orta ixtisas təhsili müəssisələrinin yalnız aşağıdakı ixtisaslarına qəbul üzrə xüsusi qabiliyyət imtahanları keçirilib.
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;
- Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla);
- Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi ixtisaslarına;
-Naxçıvan Musiqi Kollecinin Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti, Xoreoqrafiya sənəti və Rəngkarlıq ixtisaslarına;
- Digər orta ixtisas təhsili müəssisələrinin Xanəndəlik və Vokal sənəti ixtisaslarına.
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










