14 yaşlı uşaqlar bu nəqliyyat vasitələrini sürə biləcək - Qanunda dəyişiklik

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verən layihə birinci oxunuşda təsdiqlənib. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir. Lakin bu sosial şəbəkələrdə müzakirəsiz ötüşməyib. Bəzi istifadəçilər azyaşlıların ictimai nəqliyyatda skuter və mopedlərdən istifadə etməsinin qəzaların sayının artıracağını deyir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, yetkinlik yaşına çatmayan uşağa nəqliyyat səlahiyyətlərinin verilməsi tezdir:
“Milli Məclis bu qərarı birinci oxunuşda qəbul edərkən, yəqin ki, müəyyən qadağalar və çərçivələr də nəzərdə tutub. Kiçik elektrik nəqliyyat vasitələri dedikdə, onun sırasına xeyli nəqliyyat vasitələrini daxil etmək olar. O cümlədən kiçik tutumlu minik avtomobilləri də bu sıraya daxildir. Əgər bu konteksdən yanaşsaq, təbii ki, 14 yaşlı yetkinlik yaşına çatmayan uşağa nəqliyyat səlahiyyətlərinin verilməsi tezdir”.
Ekspert velosiped, moped və skuter kimi nəqliyyat vasitələrindən isə erkən yaşda istifadənin müsbət hal olduğunu qeyd edib:
“Digər tərəfdən velosiped, moped və skuterlərin idarə edilməsində düşünürəm ki, problem yoxdur. Çünki artıq bu cür nəqliyyat vasitələri üçün xüsusi yollar ayrılır. Bunlar artıq daha geniş zolaqları əhatə etmir. Eyni zamanda lazım olan məqamlarda səkilərə də çıxıb manevr edə bilirlər. Düşünürəm ki, gələcəkdə yaşıl iqtisadi idarəetmə sisteminə keçərkən, bunu da təşviq etməliyik. Mümkündür ki, gənclərimizin elə uşaq yaşlarından belə vərdişlərə yiyələnməsi vacibdir”.
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO










