15 sentyabrda Bakıda tıxac olmayacaq

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 15 sentyabr yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq tədris müəssisələrinin, universitet və məktəblərin yaxınlığındakı yollarda “yaşıl dalğa” sisteminin tətbiqinə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə anspress -ə açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə eyni zamanda NİİM mütəxəssiləri tərəfindən hazırda paytaxtın 150 yol kəsişməsində svetoforların terxniki vəziyyəti yoxlanılır və svetoforların vaxt planlarına dəyişiklik edilir. "15 sentyabr tarixində “yaşıl dalğa”nın tətbiqindən əlavə, pik saatlarda avtomobil sıxlığı hansı küçə və prospektlərdə müşahidə olunarsa, dərhal NİİM mütəxəssisləri tərəfindən həmin ərazidə svetoforun fazalarına dəyişiklik edəcək. Daha sonra yaşıl işığın yanma müddəti artırılacaq ki, bu da sıxlığı aradan qaldırmağa imkan verəcəkdir"- deyə Ş.Mehmanqızı məlumat verib.
O, həmçinin əlavə etdi ki, yay mövsümündəki vaxt planı dəyişdirilərək svetoforun yaşıl işığnının yanma müddəti uzadılır. Bu dəyişiklik xüsusən paytaxtın avtomobil sıxlığı çox olan küçə və prospektlərində sıxlığın qarşısının alınması üçün tətbiq edilir.
Svetoforların yaşıl işığnının yanma müddəti uzadılması xüssusi ilə paytaxtın Azadlıq pr, Ü.Hacıbəyli, Rəşid Behbudov və Zərifə Əliyeva küçələrində həyata keçirilir.
“Yaşıl dalğa”nın tətbiqi zamanı svetoforların işinə müdaxilə olunur, işıqların yanıb-sönmə vaxtında dəyişiklik edilməklə hərəkət tənzimlənir. Bakıda işıqforların işi "yaşıl dalğa" rejiminin tətbiqinə 2012-ci ildən başlanılıb.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










