179 nəfərin ölümünə səbəb olan təyyarə qəzasında sərnişinlərin sağ qalmaq ehtimalı olub

Cənubi Koreyada 2024-cü ilin dekabr ayında Muan hava limanında "Jeju Air" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, dəhşətli qəzada itkilərin sayının az olması mümkün imiş.
Cənubi Koreyanın müxalifətyönlü parlament üzvü Kim Yın Xe yerli Hava və Dəmir Yolu Qəzalarının Araşdırılması Komissiyası tərəfindən təqdim edilən hesabata əsasən belə qənaətə gəlib.
Onun sözlərinə görə, uçuş-enmə zolağının sonunda beton maneə olmasaydı, təyyarədəki sərnişinlər sağ qala bilərdilər.
Mütəxəssislər müəyyən ediblər ki, təyyarənin uçuş-enmə zolağına ilkin zərbəsi ciddi xəsarətlərə səbəb olacaq qədər güclü olmayıb.
Məlumata görə, təyyarə betona çırpılmasa, təxminən 770 metr sürüşüb gedəcəkdi.
Xatırladaq ki, Tailanddan Cənubi Koreyaya uçan "Boeing 747" təyyarəsi hava limanında təcili eniş edərkən uçuş-enmə zolağından çıxıb. Qəza nəticəsində 179 nəfər ölüb. Sağ qalanlar yalnız kabinənin ən arxa hissəsində oturan iki stüardessa olub.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












