18 nəfəri öldürən erməni sürücü azadlığa buraxıldı - VIDEO

Rusiyada 18 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olmuş Ermənistan vətəndaşı, sürücü Qraçya Aratunyan azadlığa buraxılıb. Anspress-in “İtar-Tass” agentliyinə istinadən verdiyi məlumata görə, Qraçya Aratunyanın məhkəmə prosesi dəfələrlə uzadılırdı. Sonuncu dəfə məhkəmənin dayandırılmasına qərar verilib.
Qeyd edək ki, Moskvada iyulun 13-də dəhşətli qəza baş verib. Aratunyan tərəfindən törədilmiş qəzada “KamAZ” sərnişin avtobusla toqquşması nəticəsində 18 nəfər ölüb və 61 insan ağır xəsarət alıb. 46 yaşlı Arutunyan məhkəməyə güllü qadın xalatında gətirilib. Onun barəsində sentyabr ayının 14-dək həbsqətimkan tədbiri seçilib. O, məhkəmədə, dəmir barmaqlıqlar arasında sakit dayanıb, heç bir çıxış etməyib. Erməni sürücünün qohumları məhkəmə barədə xəbərdar olsalar da, orada iştirak etməyiblər. Rusiyada 18 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olmuş Ermənistan vətəndaşı, sürücü Qraçya Aratunyanın qadın xalatında məhkəməyə çıxarılması Rusiya və Ermənistan arasında gərginliyə səbəb olub. Ermənistan İnsan Haqları komitəsi Rusiya məhkəməsinin Aratunyanı qadın xalati ilə məhkəməyə gətirməklə sürücünün kişilik qüruruna toxunduğunu bildirib. Rusiya tərəfi isə Aratunyanın təhqir olunmadığını bildirib. Qeyd edilib ki, onun paltarı yox idi, tibbi yardım edilərkən, həkimlər Qraçyanın paltarını cırmağa məcbur olub. Ona görə də, məhkəməyə getmədən əvvəl o, qadın xalatı geyinməyə məcbur qalıb.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












