2026-cı ildə bu banklar bağlanır? – AÇIQLAMA

“Növbəti il bir neçə bankın birləşmə ehtimalı var”.
Avtosfer.az xəbər verir ki, bu sözləri "Bizim.Media"ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, bankların bağlanma məsələsi müzakirə olunsa da, hazırda kapitalı aşağı olan bankların böyük bankların tərkibinə keçməsi ehtimalı daha yüksəkdir:
“İndiki vəziyyətdə hansısa bankın bağlanmasını gözləmirəm. Amma bir neçə bankın birləşməsi baş verə bilər. Yəni, hazırda kiçik bankların böyük banklara birləşməsi ehtimalı var. Amma indidən həmin bankların adını çəkib müştərilərində qorxu yaratmaq istəmirəm. Sadəcə bunu deyə bilərəm ki, daha çox ehtimal kapitalı aşağı olan banklardır”.
Qeyd edək ki, Bank BTB (50.855), AFB Bank (75.323), Avrasiya Bank (90.261).Bank VTB (111.485) bankların kapital sıralamasında son yerlərdə qərarlaşıblar.
Xatırladaq ki, 2020-ci ildə isə 4 bank - "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank", 2023-cü ildə "Günay Bank"və "Muğan Bank”, 2024-cü ildə isə "Naxçıvanbank"ın lisenziyası ləğv edilib.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












