2030-cu il üçün Orta Dəhliz və "Şimal-Cənub" dəhlizi ilə yükdaşıma proqnozları açıqlanıb

2030-cu il üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə yükdaşımalar 11,4 milyon ton, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımalar isə 32 milyon ton səviyyəsində proqnozlaşdırılır.
Bu barədə Avtosfer.az Avrasiya İnkişaf Bankına (EDB) istinadən xəbər verir.
"TBNM və "Şimal-Cənub" dəhlizlərinin artan əhəmiyyəti son illərin əsas tendensiyalarından biri olub. 2024-cü ildə Orta Dəhlizlə yük axını 3,3 milyon tona çatıb, o cümlədən 56,5 min TEU konteyner daşınıb. "Şimal-Cənub" dəhlizi üzrə daşımalar isə 50 min TEU konteyner daxil olmaqla 20 milyon tonu keçib.
Yükdaşımaların artması dəmir yolu, avtomobil, liman və logistika infrastrukturunun, o cümlədən anbar komplekslərinin inkişafını, həmçinin səmərəli multimodal tranzit üçün rəqəmsal həllərin tətbiqini sürətləndirir.
EDB-nin məlumatına görə, 2035-ci ilədək Mərkəzi Asiyada Avrasiya nəqliyyat karkasının inkişafı üçün tələb olunan investisiya məbləği 52 milyard ABŞ dollarından çoxdur.
Bank qeyd edir ki, Avrasiya regionunda nəqliyyat və logistika sektoru yüksək investisiya cəlbediciliyini qoruyub saxlayır. Buna "Şimal-Cənub" və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizlərinin fəal inkişafı da təkan verir.
Xatırladaq ki, 2025-ci ildə Transxəzər marşrutu üzrə yükdaşımaların 5,2 milyon tona çatacağı gözlənilir. Bunun 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Ümumi həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.
2027-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı ehtimal olunur. Bu isə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək və infrastruktura yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












